Xaçmaz sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.
7Times.az report-a istinadən xəbər verir ki, rayonun Ağyazı Buduq kənd sakini, 1988-ci il təvəllüdlü Apayev Rəşid Nüsrət oğlu odlu silah yarası ilə xəstəxanaya gətirilib, lakin onun öldüyü aşkarlanıb.
Yaxınlarının bildirdiyinə görə, R.Apayev dəniz kənarinda ov edərkən ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.
Onun meyiti tibbi ekspertiza olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz