Hadisə

Direktorlar şagirdi aldadaraq… -Güc strukturunun zabiti kimi təqdim edilən “ər” görün kim olub

Direktorlar şagirdi aldadaraq… -Güc strukturunun zabiti kimi təqdim edilən “ər” görün kim olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 17 yaşlı şagirdi “səni Milli Kəşfiyyat Təşkilatına (MİT) zabit olaraq aparacağıq” deyib evli kişi ilə zor gücünə “evləndirən”, cinsi istisamara məruz qalmasına səbəb olan şəxslərlə bağlı yeni xəbər yayılıb. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  17 yaşlı G.A-nın  təcavüzə məruz qalması ilə bağlı həbs olunanların sayı artıb.

Bildirilir i,  Liseyin direktoru Harun Avcu ötən ilin noyabr ayında son kursda oxuyan G.A adlı qızı dərslərində uğur qazandığı üçün “səni Milli Kəşfiyyat Təşkilatına zabit olaraq aparacağıq” deyərək aldadıb. Daha sonra  onu evli və üç övladı olan Ahmet Mandalla tanış edib.

İddiaya görə, Mandal günlərlə tələbə G.A.-ya cinsi təcavüz edib. G.A vəziyyəti izah edəndə ailəsi şikayət edib. Özünü “MİT üzvü” kimi təqdim edən elektrik ustası Ahmet Mandal noyabrın 25-də “uşağa qarşı cinsi istismar” ittihamı ilə saxlanılaraq həbs edilib.

G.A.-nın ailəsinin vəkili Mehmet Onur Güleç ötən ilin dekabrında məktəb direktorları Harun Avcu və Asuman Sahar Koleri və digər şübhəlilərin həbsi üçün prokurorluğa vəsatət qaldırmışdı.

Tələb qəbul edildikdən sonra G.A-nın oxuduğu liseyin direktoru Harun Avcu, G.A ilə Mandalın dini nikah mərasiminin keçirildiyi məktəbin direktoru Asuman Sahar Koleri, həyat yoldaşı M.K. və Mandalın mühafizəçisi kimi təqdim etdiyi A.A. dekabrın 15-də yenidən saxlanılıblar. Harun Avcu həbs olundu, digər şübhəlilər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. İstintaq çərçivəsində bir çox şəxslərin ifadələri alınıb.

İnzibati və məhkəmə istintaqı davam etdikcə yeni dəlillər ortaya çıxıb. Polis Asuman Sahar Kolerinin direktoru olduğu məktəbin təhlükəsizlik kameralarını yoxlamaq istəyib. Lakin görüntülərin lentə alınaraq saxlanıldığı “hardDisk”in  xarab olduğu müəyyən edilib. Ətrafdakı kamera qeydlərini araşdıran polis Harun Avcu, Ahmet Mandal, G.A., Asuman Sahar Koleri və həyat yoldaşı M.K.-nın məktəbə girib-çıxdığını müəyyən edib. Dini nikah günü G.A-nın məktəbə daxil olarkən başı açıq, çıxarkən isə çadralı olduğu müəyyən edilib.

İstintaq çərçivəsində yenidən ifadəsi alınan G.A. dini nikahdan sonra Xüsusi Təhsil Biznes Təcrübə Məktəbində iki gecə cinsi istismara məruz qaldığını açıqlayıb.

G.A.-nın ailəsinin vəkili Mehmet Onur Güleç Asuman Sahar Koleri, həyat yoldaşı M.K və A.A-nın həbsi ilə bağlı qərarını yeniləyib. Əldə edilən yeni dəlillər və ifadələr sayəsində Respublika Baş Prokurorluğu Kolerin yenidən həbs olunmasına qərar verib. Koleri ‘uşağa cinsi istismar’ ittihamı ilə məhkəmə tərəfindən həbs edilib. Bununla da istintaqda saxlanılanların sayı 3-ə yüksəlib.