“Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə verməkdən, onlar məni verib. İndi məndən 90 min manat təzminat tələb edir ki, gəlməmisən, ziyana salmısan”.
Bunu film istehsalçısı “Cinemazadeh” tərəfindən məhkəməyə verilən tanınmış aktyor Müşfiq Şahverdiyev deyib. O suallarımzı cavablandıraraq qeyd edib ki, çıxardıb bir səs yazısı, mesaj göstərsinlər ki, məni çəkilişə çağırıblar, amma getməmişəm:
“İtirdiyim pulları onlardan tələb etmişəm. Onlarla “Ofis işi” serialı ilə bağlı müqaviləmiz var. Onu çəkdilər, yarımçıq qalıb. Müqavilədə yazılmışdı ki, heç bir layihədə iştirak edə bilməzsən. Mən də nə qədər pul itirmişəm. Əlimdəki dəlilərdən təzminat tələb edib, ala bilərəm. Vəkilimlə danışmışam, müqaviləmiz var, orada şərtlər yazılıb. Mən də onları məhkəməyə verəcəyəm. Yanvarın 27-nə məhkəmə təyin olunub”.
7Times.az
Follow @7timesaz