Dünya

Türkiyədən İsveçə etiraz – Səfir XİN-ə çağırıldı

Türkiyədən İsveçə etiraz – Səfir XİN-ə çağırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Türkiyədəki səfiri Staffan Herrstrom bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

7Times.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirə Stokholmda PKK/PYD/YPG tərəfdarlarının Türkiyə Prezidenti və ölkəni hədəf alan təbliğatı ilə etiraz təqdim edilib.

Səfirə bu cür təxribatçı addımaların yol verilməz olduğu bildirilib və təxribatın qarşısının alınması tələb olunub.

Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın da məlum hadisə ilə əlaqədar İsveçə etirazlarını çatdırıb.