Maqazin

Günel Zeynalova: “Üzümdə çox böyük dəyişiklik yoxdur” – FOTOLAR

Günel Zeynalova: “Üzümdə çox böyük dəyişiklik yoxdur” – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə olan azərbaycanlı müğənni Günel Zeynalova İstanbulun Nişantaşı bölgəsində jurnalistlərin obyektivlərinə tuş gəlib.

7Times.az bildirir ki, o, son günlər xarici görünüşündəki dəyişikliklərlə bağlı sualları cavablandırıb.

37 yaşlı müğənni deyib ki, üzündə ciddi estetik dəyişiklik etməyib:

“Bilirsiniz, mənim gözəllik mərkəzlərim var. Üzümdə çox böyük dəyişikliklər yoxdur, xəfif toxunuşlar elətdirmişəm, sadəcə. Elə böyüdüldüyü kimi estetik dəyişiklik etməmişəm”.

Qəribə geyim tərzi və üzündəki dəyişikliklərlə diqqət çəkən müğənni deyib ki, uzun müddət Azərbaycanda olub və İbrahim Tatlısəsin də daxil olduğu bir albom layihəsi üçün İstanbula gəlib.