Türkiyə Ermənistana gedən təyyarəni hava məkanına buraxmayıb. Xüsusilə Fransa, Rusiya və İran Ermənistana humanitar yardım adı ilə silah-sursat göndərir. Siyahıya ABŞ da əlavə olunub. Amma Türkiyə bunun qarşısını almağa çalışıb.
7times.az Bizimyol.info-ya istinadla xəbər verir ki, qardaş ölkə ABŞ-dan Ermənistana uçan təyyarəni öz hava məkanına buraxmayıb. “Qatar Airways”in Los-Ancelesdən gələn hava gəmisi Türkiyə səmasına daxil ola bilməyib. Ankara humanitar yardımla bağlı şübhəsini gizlətməyib.
Ermənistan saytları yazır ki, hələ döyüşlər başlamazdan əvvəl Türkiyə bizim düşmən ölkədən konkret siyahı tələb edirmiş. Yəni yükün tərkibi ilə bağlı ciddi hesabat istənilib. Ermənilər Türkiyənin tələbini qulaqardına vurublar. Ankara Ermənistanı məsuliyyətsizliyə görə cəzalandırmaq qərarına gəlib.
Türkiyənin şübhələri əsassız deyil. Erməni lobbisinin Los-Ancelesdə çox güclü olduğu sirr sayılmır. Böyük ehtimalla oradan Ermənistana silah göndərilir.
Follow @7timesaz