Ermənistanda Rusiyaya qarşı yenidən etiraz aksiyası keçirilib.
7Times.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, “Bever” siyasi blokunun nümayəndələri Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasına gedən yolda toplaşıblar.
Fəallar aksiyanın Laçın dəhlizindəki vəziyyətə görə Rusiyaya qarşı etirazların davamı olduğunu bildiriblər.
Qeyd edək ki, ərazidə sonuncu aksiyada 65 etirazçı saxlanılmışdı.
Follow @7timesaz