Maqazin

“Xanımların “tiktok”a girməsini onlara yaraşdırmıram” – Türkan

“Xanımların “tiktok”a girməsini onlara yaraşdırmıram” – Türkanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Türkan Vəlizadə “TikTok” sosial şəbəkəsinə girən xanımları tənqid edib.

7Times.az  xəbər verir ki, müğənni bu haqda “Həyat tərzi” verilişində danışıb.

O bildirib ki, indi müğənnilər də TikTok-da məşhurlaşan mahnılar oxuyurlar: “Bu, platforması biabırçılıqdır. Müğənni var deyir ki, görəsən bu mahnını ifa etsəm TikTok-da məşhurlaşacaq, partlayacaq? Bu nə deməkdir? Normal bir hal deyil. TikTok-da canlı yayımlar açırlar. Baxırsan onlara, biabırçılıqdır. Uşağın əlindən telefonu almaq istəyirsən. Evdə ana, atanın onlara baxmasını istəmirsən. Hətta özün onlara baxmağa utanıb, biabır olursan ki, bu nədir belə…

Kişilərin TikTok-a girməsini yenə anlayıram və normal qarşılayıram. Lakin xanımların girməsini onlara yaraşdırmıram. Olmaz”.