Məşhur türkiyəli müğənni Elif Karlının iş adamı olan həyat yoldaşı Cengiz Karlı həbsxanada vəfat edib.
7Times.az xəbər verir ki, 6 aydır həbsdə olan Cengiz Karlı ürəktutma nəticəsində 57 yaşında dünyasını dəyişib.
Bu gün səhər saatlarında hadisədən xəbərdar olan Elif Karlı həyat yoldaşının xəstə olduğunu bildirib: “İki gün əvvəl çox ağır qrip keçirdi. Biz də pnevmoniyadan şübhələnirdik. Dünən həftəlik zəngetmə günü idi, o bizə zəng etməyəndə təşvişə düşdüm. Səhər saat 04:00 radələrində həbsxanadan mənə zəng gəldi. Əvvəlcə Cengizin xəstə olduğunu, infarkt keçirdiyini, daha sonra isə dünyasını dəyişdiyini dedilər. Sonuncu dəfə keçən çərşənbə axşamı səsini eşitmişdim. Yanvarın 6-sı görüşdük, ad günü idi. Səsini axırıncı dəfə eşidəndə çox yaxşı idi. Yoldaşımın ürəyi xəstə idi”.
Qeyd edək ki, 90-cı illərə mahnıları ilə iz qoyan Elif Karlının həyat yoldaşı Cengiz Karlı “Sarallar” cinayətkar dəstəsinin üzvü olduğu üçün həbs edilib. Onlar 30 ildir ki, evli idilər. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.