Ölkə

“Hansı telekanalı 1 gündə bu qədər insan izləyir?” – AZƏR ZAHİD

“Hansı telekanalı 1 gündə bu qədər insan izləyir?” – AZƏR ZAHİDbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi “Təkərdə” şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları statuslar yazaraq, şounun reytinqindən, orada qazanılan pullardan və izləmə sayının çoxluğundan bəhs edib.

Məsələ ilə bağlı Azər Zahid 7Times.az-a açıqlama verib. O, səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışıb: “Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avtraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. TikTok-u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram. Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərizndə hesablasaq, bizim ümumilikdə, 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarışı keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. İndi isə sosial şəbəkə hər şeydən birinci gəlir”.

7Times.az