Dünya

“ABŞ fayda gətirəcək hər şeyi edəcək…” – Blinkenin İlham Əliyevə zəngi gözlənilir

“ABŞ fayda gətirəcək hər şeyi edəcək…” – Blinkenin İlham Əliyevə zəngi gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çərşənbə günü ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları bərpa etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Gözlənildiyi kimi, yaxın vaxtlarda o, Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Turan” agentliyinin Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Onun sözlərinə görə, Blinken və Paşinyan Azərbaycanla ikitərəfli danışıqların bərpası üzrə addımları müzakirə ediblər. “Dövlət katibi Laçın yolunda keçirilən aksiyaların Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını bildirib. O, həmçinin ABŞ-ın davamlı sülhə nail olmaq üçün səylərin dəstəklənməsinə və bizim davamlı çoxşaxəli ikitərəfli münasibətlərimizə sadiqliyini bir daha təsdiqləyib”, – Dövlət Departamentinin rəsmisi bildirib.

Müxbirin “Dövlət katibi dialoqun yeni raundunun keçirilməsilə bağlı tərəflərlə razılığa gəlməyə cəhd edibmi” sualına Prays cavab verib ki, bu cür səylər göstərilir. “ABŞ fayda gətirəcək hər şeyi edəcək”, – Prays mətbuat üçün brifinqdə deyib.

“Əlbəttə, biz son vaxtlar Qarabağ ətrafında uğursuzluqları görürük və konstruktiv dialoqun bərpa olunmasını istəyirik”, – o deyib.

O əlavə edib ki, ABŞ ikitərəfli qarşılıqlı fəaliyyətə və ATƏT vasitəsilə və ya üçtərəfli qaydada tərəfdaşlarla əməkdaşlığa hazırdır: “Bu, Dövlət katibi Blinkenin şəxsi prioritetidir. Lakin Viktoriya Nuland, Karen Donfrid, Avropa və Avrasiya Məsələləri Bürosunun bir sıra digər yüksək vəzifəli məmurları da bu məsələ ilə məşğuldurlar”.