Dünya

CIA rəhbəri Kiyevə gizli səfər edib

CIA rəhbəri Kiyevə gizli səfər edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Uilyam Börns Ukraynaya gizli şəkildə səfər edib.

7Times.az  xəbər verir ki, bu barədə “Washington Post” nəşri mənbələrinə istinadən yazıb.

Məlumata görə, səfər ötən həftə baş tutub.

Bildirilib ki, məqsəd rəsmi Kiyevə Rusiyanın müharibədəki yeni planları barədə informasiyalar və əldə olunan kəşfiyyat məlumatlarını vermək olub.

Həmçinin ABŞ-ın Ukraynaya yardımları məsələsi müzakirə olunub. Berns Respublikaçılar Partiyasının Konqresdə çoxluq əldə etməsindən sonra xərclərin azaldılması istiqamətində addımlar atılacağından böyük miqyasda davam edən dəstəyin çətinləşəcəyini vurğulayıb.

Səfər çərçivəsində Börnsün Ukrayna prezidenti Volodimir Zelenski ilə məxfi görüş keçirdiyi də qeyd olunub.