“Çelsi” “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu heyətinə qatmaq istəyib.
7Times.az xarici mediaya istinadla bildirir ki, londonlular Kaysedona 62 milyon avro təklif ediblər.
Ancaq “Brayton” 21 yaşlı futbolçunu daha yüksək qiymətləndirib və buna görə də təklifi nəzərdən keçirməkdən belə imtina edib. Bundan başqa, klub qış transfer pəncərəsində kolumbiyalı yarımmüdafiəçini satmaq istəmir.
Kaysedo bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 1 qol vurub.
Follow @7timesaz