Dünya

Peruda etirazçılar ölkənin ən böyük hava limanına girməyə cəhd etdilər

Peruda etirazçılar ölkənin ən böyük hava limanına girməyə cəhd etdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda hökumət əleyhinə nümayişlərdə etirazçılar ölkənin ikinci ən böyük şəhərinin hava limanına soxulmağa cəhd ediblər.

Arekipa şəhərinin Alfredo Rodrigez Ballon hava limanına zorla daxil olmaq istəyən etirazçıları polislər qarşılayıblar. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsi nəticəsində üç nəfər yaralanıb, çoxlu sayda insan saxlanılıb.

Nəqliyyat və Rabitə Nazirliyi hadisələrlə əlaqədar hava limanının müvəqqəti bağlandığını açıqlayıb.

Digər tərəfdən, paytaxt Limada bir araya gələn tələbələr, həmkarlar ittifaqları və yerli nümayəndələr ölkə Prezidenti Dina Boluartenin istefasını, erkən seçkilərin elan edilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilyonun sərbəst buraxılmasını tələb ediblər.

Polislərlə qarşıdurmada bəzi fəalların daşla hücumu zamanı beş jurnalist yaralanıb.

Minlərlə insanın müxtəlif şəhərlərdən avtobuslarla paytaxta daxil olması və etirazların şiddətinin daha da arta biləcəyi proqnozlaşdırılır.

2022-ci il dekabrın 11-dən hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı biri polis olmaqla 53-ə yüksəlib, yaralananların sayı isə 750-ni keçib.

oxu.az