Rusiyalı hərbi ekspert İqor Korotçenko Moskvadakı mağazaların birində olarkən rəfdə yaxınlıqda Azərbaycan və Ermənistan istehsalı olan şirələrin dayandığını görüb.
7Times.az xəbər verir ki, Korotçenko AzNar-ın istehsal etdiyi Azərbaycan malını Grante markasını seçib və müvafiq statusu öz Facebook səhifəsində paylaşıb. O, seçimini onunla əsaslandırıb ki, Azərbaycanda istehsal olunan şirə daha yaxşı qablaşdırılır və keyfiyyətə ciddi nəzarətdən keçirilir, ən əsası isə Azərbaycan “Rusiya üçün dost və düzgün ölkədir”.
Korotçenko yazır: “Mən Azərbaycan şirəsi almışam. Niyə? Butulka, qablaşdırma, etiket daha cəlbedici və estetikdir. Amma ən əsası odur ki, Azərbaycan yaxşı ölkədir, Rusiyaya dostdur. Rusiyaya ixrac edilən Azərbaycan məhsulları ciddi keyfiyyət nəzarətindən keçir. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür, Rusiya Federasiyasına qarşı təhqiramiz bəyanatlar eşidilir, İrəvan Rusiya hərbi bazasını çıxarmaqla, KTMT-dən çıxmaqla hədələyir. Ona görə də mən və digər ruslar erməni məhsulunu almayacağıq: nankor ölkəni, nankor cəmiyyəti niyə maliyyələşdirməliyik? elə deyilmi?”.
Rusiyalı ekspertin bu paylaşımı bütün dünya ermənilərini qəzəbləndirib. Onlar Facebook administrasiyasına kollektiv şikayət göndərərək Korotçenkonun yazısının “faşizmxarakteridaşıdığıüçün”silinməsini tələb ediblər. Bu şikayətlərdən sonra Facebook ekspertin yazısını silib.
Ekspert növbəti yazısında bunları yazıb: “Yaxşılıq pisliyə qalib gəlir! Aydındır! Dünən tamamilə məsum bir nəşrimdən sonra bir mağazadan alış-veriş edərkən Azərbaycan nar şirəsinə üstünlük verdim, amma erməni məhsulu almadım, gözlənilmədən, qeyri-adekvat və rusofoblar nəinki Ermənistanda, hətta qlobal erməni diasporunda kütləvi şəkildə həyəcanlandılar və öz tərəfdaşlarınla birgə məni “faşizmdə” ittiham edərək Facebook rəhbərliyinə yazımla bağlı kütləvi şikayətlər göndərmək çağırışlarına. ABŞ və Fransadakı erməni diasporalarının “həmfikirli” fəallarının sayəsində mənim hesabıma edilən şikayətlərin sayı bir neçə on minləri keçib, bundan sonra blok edilib və qeyd olunan nəşr “faşizm təbliğatı”na görə silinib. Bununla belə, hörmətli oxucular, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində Facebook mənim hesabımı blokdan çıxarmağa və nəşri öz yerinə qaytarmağa məcbur oldu. Azərbaycan nar şirəsi için !”.
Ermənilərin reaksiyası təkcə Facebook administrasiyasına şikayətlər göndərməklə bitməyib. Ermənistanın siyasi dairələrində Korotçenkonun postu ətrafında da qızğın müzakirələr gedirdi.
Korotçenko yazır ki, Ermənistanda onu “demək olar ki, artıq danlamırlar. Mənim təcrübəmi öyrənmək və Ermənistanın informasiya müharibəsi aparması praktikasında tətbiq etmək çağırışları var. Bu, möhtəşəm bir bəyanətdir .
Korotçenko postunu “Qarabağ Azərbaycandır!” şüarı ilə tamamlayıb.
Qeyd edək ki, Göyçayda yerləşən və Azərbaycan əsilli rusiyalı iş adamı, eks-senator, xeyriyyəçi Fərhad Əhmədova məxsus “AzNar” QSC-nin orqanik nar şirələri keyfiyyəti ilə təkcə Rusiyada deyil, digər ölkələrdə də tanınır.
“AzNar” QSC məsələylə bağlı rəsmi saytında açıqlama yayıb. Saytda bildirilib ki, biz rəqiblərin intriqalarından qorxmuruq, çünki təkcə biz deyil, həm də bütün dünyada istehlakçılarımızın ordusu keyfiyyətimizə və məhsullarımıza arxayındır: ” Zavodumuz bütün lazımi sertifikatları müntəzəm və uğurla keçir. Amerikanın USDA Organic və European BIO Organic sertifikatlarının alınması prosedurlarının mürəkkəbliyinə baxmayaraq, biz ildən-ilə keyfiyyətimizi və bu standartlara uyğunluğu təsdiqləyirik”.
7Times.az
Follow @7timesaz