Maqazin

“Bəlkə onda içlərindəki paxıllıq hissi ölər” – Ayazdan onu lağa qoyanlara SƏRT CAVAB

“Bəlkə onda içlərindəki paxıllıq hissi ölər” – Ayazdan onu lağa qoyanlara SƏRT CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aldığı mükafatdan sonra onun haqqında çıxan söz-söhbət bitmək bilmir.

7Times.az  xəbər verir ki, söhbət müğənni Ayaz Babayevdən gedir.

Müğənni “ATV” televiziyasında yayımlanan “Show xəbər” vasitəsilə hər kəsə cavab verib.

O, onun paxıllığını çəkən insanlara üzünü tutaraq bunları deyib:

“Aygün xanım, Röya xanım mənim aldığım mükafatı alanda təbrik edirdilər, amma Ayaz alanda bu mükafat pulla və ya tapşırıqla alınmış olur?

Mən məni qısqanan hər kəsə arzu edirəm ki, bundan da yüksək mükafatlara layiq görülsünlər. Bəlkə elə olanda içlərindəki paxıllıq hisləri ölər. Mənim onlara yazığım gəlir. Əgər bu mükafat pul ilə olsaydı, mən onu bu ilə niyə saxlayırdım? Elə keçən il alardım. Ağlı yerində olan insan bunu belə düşünməz”.

Qeyd edək ki, Ayaz Babayev Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimində ölkəmizi təmsil edərək mükafata layiq görülüb.

Həmin süjeti təqdim edirik: