Dünya

ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pensin evindən gizli sənədlər tapılıb

ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pensin evindən gizli sənədlər tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evdə məxfi sənədlərin saxlanması ilə bağlı qalmaqalların növbəti qəhrəmanı ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens olub. Bundan əvvəl Hillari Klinton, Donald Tramp və Co Baydenin də adı oxşar məsələdə hallanıb.

Sənədlər Pensin İndianadakı evində tapılıb. Onları keçmiş vitse-prezidentin sənədlərin saxlanılması qaydalarına riayət olunmasını yoxlayan hüquqşünaslar tapıblar.

Keçmiş vitse-prezidentin komandasının sözlərinə görə, məxfi sənədlər aşkar edildikdən sonra onlar dərhal seyfə yerləşdiriliblər. Pensin hüquqşünasları həmçinin qeyd ediblər ki, sənədlər məxfi olsa da, ABŞ ədliyyəsi sənədlərə bu cür yanaşılması ilə bağlı yekun qərar verməlidir.

Bundan əvvəl hazırkı Prezident Co Baydenin evində məxfi sənədlərin tapılmasından sonra sənədlərin saxlanması ilə bağlı qalmaqal yaranıb. Sənədlər arasında ABŞ kəşfiyyatının Ukrayna, İran və Böyük Britaniya ilə bağlı hesabatları və brifinq materialları olub. ABŞ lideri buna təəccübləndiyini bildirib.

Daha sonra Baydenin köməkçiləri bu dəfə Delaverdəki evində ikinci məxfi sənədlər toplusunu tapdılar. Onların qapalı qarajda saxlanıldığını prezident özü açıq şəkildə etiraf edib.

oxu.az