Dünya

“Doğulduğum ölkənin çoxdan Putinin gizli müttəfiqinə çevrildiyini görmək  çox kədərlidir…”

“Doğulduğum ölkənin çoxdan Putinin gizli müttəfiqinə çevrildiyini görmək  çox kədərlidir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən artıq bu ölkənin (Ukrayna) tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə gələcəkdə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam…”  
Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili onun 2021-ci ilin oktyabrında vətəninə qayıtması zamanı həbs olunmasında Rusiyanın əli ola biləcəyini ehtimal edir.
 7Times.az  xəbər verir ki, “Yevropeyskaya Pravda”nın yazdığına görə, eks-prezident bu barədə Almaniyanın “Şpigel”(“Spiegel”) jurnalına verdiyi müsahibəsində danışıb.
Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun nəinki fiziki cəhətdən məhv edilməsi, həm də həbs edilərək Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.
“Rusiyadan başqa, dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt pis idi – Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl… Ola bilsin ki,  2021-ci ilin oktyabrında Gürcüstana qayıtmağıma hazırlaşan adamlar, əvvəldən yerləşdirilmiş Rusiya  agentləri olub. Düzünü desəm, doğulduğum ölkə çoxdan Putinin gizli müttəfiqinə çevrilib”.
Gürcüstanın  keçmiş prezidenti hesab edir ki, onun başına gələnlər Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq “mesaj”dır.
“O, Rusiyanın aqressiv müharibəsi başlayanda ölkəni tərk etməkdən imtina etdi, necə ki, mən 2008-ci ildə Rusiya hərbçiləri Gürcüstanı işğal edəndə belə etdim… Biz Gürcüstanda uğurlu islahatlarımıza görə cəzalandırıldıq, necə ki, Zelenski indi öz anti-oliqarxik siyasətinin bədəlini ödəyir.  Bir parçası olmaqdan şərəf duyduğum bir siyasətə görə…”- deyə islahatçı eks-prezident vurğulayıb.
Gələcək planlarına gəlincə, Saakaşvili qeyd edib ki, sağ qalsa, gələcəyini yalnız Ukraynada görür.
“Mən artıq bu ölkənin (Ukrayna) tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam.  Gürcüstanın bu müharibədə necə Kremlin gizli müttəfiqinə çevrildiyini görmək isə, əksinə, çox kədərlidir” -deyə Saakaşvili əlavə edib.
Xatırladaq ki, Saakaşvili 2021-cidəki yerli seçkilər ərəfəsində Gürcüstana gizli qayıtdıqdan sonra həbsdədir.
Bundan əvvəl məlum olub ki,  “Empati” qeyri-hökumət mərkəzinin dərc etdiyi məhkəmə-tibbi ekspertizası komissiyasının gəldiyi nəticələrə əsasən, Saakaşvili səhhətinə görə həbsxanada qala bilməz. Hesabatda deyilir ki, Saakaşvilinin orqanizmində 20-dən çox diaqnoz aşkar edilib, onlardan 10 əsasının “həbsdə olmaqla bir araya sığmayan” olduğu və həbs edilməzdən əvvəl onun, demək olar ki, sağlam olduğu bildirilir.
Gürcüstanın hakim partiyasında bu nəticələrə etibar etmək niyyətində olmadıqlarını bildiriblər.
Moderator.az