Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı açıqlamalarından sonra Ukrayna Macarıstanın səfirini çağıracağını bildirib.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbuk hesabında bildirib.
“Viktor Orbanın Ukraynaya qarşı daha bir aşağılayıcı bəyanatı. Bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir. Budapeşt Macarıstan-Ukrayna münasibətlərini qəsdən pozmaq kursunu davam etdirir və bu, iki qonşu ölkə arasında gələcək dialoqun mümkünlüyünü əhəmiyyətli dərəcədə pozur. Macarıstan səfiri səmimi söhbət üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılacaq.”,- deyə sözçü qeyd edib.
Xatırladaq ki, Baş nazir Viktor Orban mediaya açıqlaması zamanı Ukraynanı Əfqanıstanla müqayisə edib və “heç kimə aid olmayan ölkə” adlandırıb.
Follow @7timesaz