Maqazin

“Tək qadınlar yox, arvadsifət kişilər də…” – Mətanət şou əhlini “yıxıb sürüdü”

“Tək qadınlar yox, arvadsifət kişilər də…” – Mətanət şou əhlini “yıxıb sürüdü”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxuduğumun 1 faizini oxuyun. Mənim ürəyim, mədəniyyətim, insanlığım sizdə olsun. Ömürboyu mənə paxıllıq edib ölmüsünüz”.

7Times.az  xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Salam, Azərbaycan” verilişində deyib. Sənətçi onu tənqid edənlərə cavab verərək, sənət adamlarını paxıl adlandırıb:”Gəlin sizdə çıxın xalqın içinə, Mətanət də. Elin gözü aynadır, çıxıb ciyildəməklə deyil. Onları millətin içində adını deyib, çırparam da. Onların yanında dilim qısa deyil. Xalq bilir, onlar necə, mən necə gəlmişəm. Əllərinə fürsət düşüb: pulları, imkanları var. Deyirlər, sənin nəyin var? Mətanətdə olan səndə yoxdur. Özün qəbrə sığmırsan, çəkin gözünüzü mal-mülkdən. Tək qadınlar yox, arvadsifət kişilər də elədir. Onların üzünü pul ağ edir. Bilirəm, nə edirlər, hardan gəlirlər, zirvəyə qalxırlar. Var-dövlət oxumaqladırsa, Mətanət niyə üst-üstə qoymur? Bir gün adlarına qədər deyəcəyəm. Səsinizi alın, cəmiyyət sizə baxır. Bir dəqiqədə hər şeyi deyərəm, qalarsınız yerinizdə. Aparıcılar alqışlarla gətirir, öz pullarına güllər alıb düzürlər. Aparıcının nəyinə lazımdır müğənniyə gül alsın”./Axsam.az