Dünya

“Türkiyənin bu ərazilərini Ermənistana vermək istəyirlər” – Qərbin şok planı

“Türkiyənin bu ərazilərini Ermənistana vermək istəyirlər” – Qərbin şok planıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin rəhbəri Cihat Yaycı Türkiyə NATO münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.

7Times.az xəbər verir ki, o bildirib ki, Qərbin məqsədi Türkiyəni parçalayaraq sərhədlərini dəyişdirməkdir. Türkiyə mətbuatının məlumatına görə, Cihat Yaycı deyib:“Türkiyənin PKK/YPG-yə qarşı əməliyyatları NATO-nun müttəfiqlərinə qarşı əməliyyat kimi qiymətləndirilir. Əfqanıstanda, Serbiyada nə ediblərsə, yenə onu etmək istəyirlər. Burada məqsəd Türkiyə istədikləri nizama salınana qədər onu NATO-dan uzaqlaşdırmaqdır. Türkiyə istədikləri nizama düşəndən sonra onu yenidən NATO-ya almaq istəyirlər. Başqa sözlə, cənub-şərqdəKürdüstan qurmaq, şərqdə Ermənistana bir parça torpaq vermək, şimalında Pontus, İstanbulda muxtar ekumenik patriarxal dövlət kimi şeylər qurmaqdır. Ardınca Türkiyəni təkrar kiçildilmiş şəkildə yenidən NATO-ya qəbul etməkdir”.

Metbuat.az