Ölkə

Ermənilərin son xain hücumundan sonra Azərbaycanın mülki itkiləri açıqlandı – FOTO

Ermənilərin son xain hücumundan sonra Azərbaycanın mülki itkiləri açıqlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 dinc sakin ölüb.

Hadisələr nəticəsində 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası, 327 mülki obyekt isə yararsız vəziyyətə düşüb.