“Düşünürəm ki, ana kimi çox xoşbəxtəm. İki gözəl övladım var. Yaxşı ki, zamanında və ya zamansız onları Allah mənə bəxş edib. Qadın kimi xoşbəxtliyi hələ tam tapmamışam. Qismət, bəlkə taparam, bəlkə də yox. Amma qadın kimi özümü xoşbəxt etməyə çalışıram”.
7Times.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nəfəs “Maqazin plyus” verilişinə müsahibəsində deyib.
İki övlad anası olan sənətçi bildirib ki, ikinci dəfə ailə qurmaq istəmir:
“Evlilik təklifləri çoxdur. Özümə belə deyirlər. Ürəyimin sahibini görsəm, deyəcəyəm ki, bu sevgilimdir. Ailə qurmaq istəmirəm. Özüm boyda uşaqlarım var. İstəmərəm onların yeni bir atası olsun. Amma sevgisiz də qalmaram. Sevgisiz ölərəm. Əgər xanım tək yaşayırsa, evinə gedəndə başını yastığa qoyub, özünü tək hiss edirsə, o zaman ağlayır. Çətin günlərim, vaxtlarım o zaman olur”.