Ermənistan baş naziri Nikol Paşinyan Qazaxıstana yola düşüb.
7Times.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Paşinyan Almata şəhərində 2-3 fevral tarixlərində keçiriləcək Avrasiya İqtisadi İttifaqı ölkələrinin hökumətlərarası şurasının toplantısına qatılacaq.
Qeyd olunub ki, həmçinin Paşinyan “Digital Almaty Awards” adlı beynəlxalq forumda iştirak edəcək.
Follow @7timesaz