Maqazin

Milyarder qızının toy təşkilatçılarından 159 minini tələb edir

Milyarder qızının toy təşkilatçılarından 159 minini tələb edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklinin ötən il həyat yoldaşı Nikola Peltzlə baş tutatn toyu yenidən müzakirə mərkəzinə çevrilib.

7Times.az  xəbər verir ki, Nikolanın atası milyarder Nelson Peltz 159 min dollarlıq əmanəti qaytarmadığı üçün toy planlaşdıran Nikol Braqin və Arianna Qrihalbı məhkəməyə verib. O, işçiləri səriştəsizlikdə, təşkilatçıların özləri isə milyarderin qızını qalmaqallı davranışlarda günahlandırıb.

Sözügedən təşkilatçılar toydan 6 həftə əvvəl işi öhtələrinə götürüblər. Buna səbəb əvvəlki agantliyin təşkilati məsələlərdə uğursuz olması olub. Lakin düz 9 gündən sonra Nikol və Arianna toyla bağlı işdən imtina ediblər. Buna səbəb isə toya 500 qonağın dəvət edilməsi və Nikolanın daim onları tənqid etməsi olub. Belə ki, Bruklinin həyat yoldaşı təşkilatçılara çoxlu səsli mesajlar göndərərək, onların səhvlərini düzəltməkdən yorulduğunu və işlərindən narazı olduğunu bildirib.

Nəticədə məhkəmədə Nikolanın gömdərdiyi mesajlar da gözdən keçiriləcək.

Jurnalistlərin sözlərinə görə, ümumilikdə üç müxtəlif toy agentliyi Bruklin və Nikolanın toyunda işləməyə müvəffəq olub.

Qeyd edək ki, bütün hazırlıqlara baxmayaraq toy qalmaqalsız ötüşməyib. Viktoriya ilə Nikola arasında gəlinlik üstündə mübahisə yaşanıb və nəticədə toydan sonra uzun müddət ailələr görüşməyib.

Axşam.az