Fevralın 2-si Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova bıçaqlanıb.
7Times.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
14 yaşlı qızının qətlə yetirilməzdən əvvəl zorlandığı və daha sonra öldürülməsi barədə məlumatlar yayılıb. İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olan Baş Prokurorluğun əməkdaşı Elşad Rüstəmov qətllə bağlı bəzi detalları açıqlayıb: “Hadisə ilə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilib, ekspertizalar təyin edilib. Bir çox suallara cavab üçün ekspertiza rəylərinin daxil olması gərəkdir.
Qızın üzərində bir neçə bıçaq xəsarəti var. Bıçaq zərbəsindən həyat üçün vacib orqanı zədələnib və ölümə səbəb olub. Ananın isə aşağı və yuxarı ətraflarında bıçaq xəsarətləri var. Əvvəlcə anası, sonra qızına xəsarət yetirilib”.
BAKU.WS
Follow @7timesaz