Ölkə

“Böyük məmnuniyyətlə kişi obrazları oynayaram” – Fərdanın fikirlərinə əməkdar artistdən cavab

“Böyük məmnuniyyətlə kişi obrazları oynayaram” – Fərdanın fikirlərinə əməkdar artistdən cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış aktyor Fərda Xudaverdiyevin “Qadın geyimində atılıb düşməyə ehtiyac yoxdur” sözləri sənətçilər arasında heç də birmənalı qarşılanmayıb. Belə ki, aktyor Elcan Rəsulov onun bu sözlərinə “Bu sənin peşəndir, işindir, ən yaxşı şəkildə etməlisən” deyə cavab verib.
7Times.az-a açıqlama verən əməkdar artist Nahidə Orucova Fərdanın bu sözləri ilə razılaşmadığını bildirib:
“Aktyor olan insan heç vaxt bu sözü deməz. Aktyorun obrazı var, əgər o qadını oynamalıdırsa, niyə də qadın geyimi geyinib səhnəyə çıxmamalıdır ki?! Bizdə neçə tamaşa var ki, aktyorlarımız qadın geyimlərində səhnəyə çıxır. Çox gözəl də oynayırlar. Rafaellə Coşqun neçə illərdir qadın geyimində səhnəciklər göstərirlər, buna heç vaxt irad bildirə bilmərəm. Coşqun görün nə gözəl qadın obrazı yaradır, bəyəm həyatda o qadındır?! Coşqun gözəl insan, aktyor, ailə başçısı, hətta babadır. Mən onların geyimlərinə, saç düzümlərinə, aksesuarlarına valeh oluram. Hərdən özüm də zarafatca deyirəm ki, bu aksesuarı mənə verərsən. Heyiflər olsun ki, qadınlar kişi obrazı yarada bilmir. Böyük məmnuniyyətlə kişi obrazları oynayaram. Amma vermirlər” deyə aktrisa bildirib.