Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdəki Ukrayna – Avropa İttifaqı sammitindən sonra bildirib ki, Ukrayna ilə tərəfdaşlar arasında üzvlüklə bağlı danışıqların artıq 2023-cü ildə başlaması ilə bağlı aydınlıq var.
7Times.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.
“Biz Avropa icmasının üzvləri kimi danışmışıq və danışırıq. Biz bunu de-yure etməyə çalışırıq. Bu gün konkret olaraq nə barədə razılaşdıq? Belə bir anlayış var ki, bu il Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq olar. Tərəfdaşlar tərəfindən də belə bir anlayış var ki, ötən il olduğu kimi, bu il də onlar dövlətimizin müdafiə dəstəyini və Rusiyaya təzyiqləri, xüsusən də sanksiyalar təzyiqini daim gücləndirməlidirlər”, – Ukrayna lideri vurğulayıb.
Follow @7timesaz