Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə adından söz etdirib.
7Times.az xəbər verir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində mülklərindən və avtomobillərindən söz açıb.Ağayevin sözlərinə görə, pulu olmasa borc-xərc edib özünə ev, avtomobil və geyim alar:
“Şan-şöhrəti deyə bilmərəm amma ev, avtomobil və geyimin “dəlisi”yəm. Pulum belə olmasa borc edib, alacağam. Bu qədər mənim üçün önəm kəsb edir. Uşaqlıqdan mindiyim avtomobillərə heç bir yaşıdım əyləşməyib”.