Dünya

Putin söz verdi ki, Zelenskini öldürməyəcəklər – Sabiq baş nazir 

Putin söz verdi ki, Zelenskini öldürməyəcəklər – Sabiq baş nazirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin sabiq baş naziri Naftali Bennet Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində ölkəsinin vasitəçilik təşəbbüsündən danışıb.

7Times.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hakimiyyətdə olduğu zaman Ukrayna və Rusiya liderləri ilə danışıqlar aparıb.

Sabiq baş nazir Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə bağlı ona söz verdiyini deyib.

“Putinə dedim, mənə söz verirsənmi ki, Zelenskiyə heç nə olmayacaq? O isə dedi ki, Ukrayna prezidentini öldürməyəcəklər. Biz bu barədə razılaşdıq. Razılaşdıq ki, Zelenskiyə bir şey olmayacaq. Bu barədə məlumatı Zelenskinin özünə də çatdırdım”, – deyə Bennet Putinlə danışıqların detallarını açıqlayıb.

Onun sözlərinə görə, Ukraynada müharibənin davam etməsində maraqlı olan qüvvələr var.

Qeyd edək ki, Naftali Bennet 2022-ci ilin iyulunadək İsrailin baş naziri postunu tutub.

Modern.az