Aktual

“Kişi gəzib gələndə, qadın onunla mehriban olmalıdır” – Elnarə Abdullayeva

“Kişi gəzib gələndə, qadın onunla mehriban olmalıdır” – Elnarə Abdullayevabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadın vicdanlı olmalıdır. Mən sabah Allahıma nə cavab verəcəyəm? Deyəcəyəm ki, mənim yoldaşım gəzdi, mən ondan qabaq gəzdim? Yoxdur belə dünya. Bu, qadına yaraşmır. Qadının öz ailəsindən başqa kimləsə “salam, sağ ol”u belə düz deyil. Namus insanın özünə məxsusdur. Olmaz ki, qadın özünü şərəfli aparsın? Demək ki, sən ondan betər imişsən”.

7Times.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Düzünə qalsa” verilişində deyib. Kişi-qadın münasibətlərindən danışan müğənni xəyanətdən söz açıb:

“Qadın o qədər səmimi, mehriban olacaq ki, kişi xəyanət etməyəcək. Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq ki, kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz. Qadın kişi ilə oturub danışmalıdır. Həyat yoldaşım Elxana dedim ki, mən möhkəm qadınam, hamını çox istəyirəm, amma özümü lap çox. Kimisə sayan deyiləm. İstəyir milyonu olsun, xeyri yoxdur o kişinin. Onu başa saldım ki, gedərsən gəzərsən, amma onu bil, sənin 2 övladın var. Qızımıza mən tərbiyə verə bilərəm bu heç. Amma sənin edə biləcəyin pis əməl yolumuza çıxar. Deyir, döymə taxta qapımı, döyməyim dəmir qapını. Evinə gələcək xanım Azərbaycanın ən əxlaqsız xanımı olacaq. Həyat bumeranqdır, nə atacaqsan, o da sənə qayıdacaq. Xahişim odur ki, özünü düz apar. Sən yoxsan deyə, mən yaşamaram fikri yoxdur. Niyə yaşamaram, elə yaşayaram ki? Mən dözümlü xanımam. Valideyn elə hərəkət etməlidir ki, etdiyi pis əməllər övladının yoluna çıxmasın. Bu həyatın elə şillələri var ki…”.

Elnarə dağılan ailələrdən söz açaraq “Qadın ailəsinə sadiq olmalıdır ki, dağılmasın. Aza da, çoxa da dözəcək. Birdən-birə milyonçu ola bilmərsiniz. Əziyyət çəkin, əl-ələ verin. Ailəni qoruyan da, saxlayan da, bütov bir dövlətə çevirən də qadındır. Kişi ailə saxlamır” deyə, əlavə edib.

https://7times.az/elnare-o-azerbaycanin-en-exlaqsiz-xanimi-olacaq-video