Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1250 nəfərə çatıb.
7Times.az – ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
“Səhiyyə naziri Həsən Məhəmməd əl-Qabaş fəlakət bölgəsinə səfər zamanı ölənlərin sayının 1250-yə, yaralıların isə 2054-ə yüksəldiyini bildirib”, – nazirliyin bəyanatında deyilir.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyə və Suriyada 7,7 bal gücündə güclü zəlzələ baş verib.
Follow @7timesaz