Ermənistanda koronavirusa yoluxanların sayı 64 min 694 nəfərə çatıb.
7times.az xəbər verir ki, son sutkada daha 1690 nəfər COVID-19-a yoluxub. Ölkədə koronavirusdan ölənlərin sayı daha 14 nəfər artaraq 1081-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Follow @7timesaz