Maqazin

“Utandım, çıxılmaz vəziyyətdə qaldım”

“Utandım, çıxılmaz vəziyyətdə qaldım”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim dünyam. Həyatımın hər günü sənsən, aldığım hər nəfəsdə sənə olan sevgim çiçək açır, dünya malından tək hədiyyəm, halalım, zəhmətim, dualarım, yuxusuz gecələrim, yaşadıqlarım və yaşaya bilmədiklərim sənsən. Gerçəkləşən ən böyük Diləyim, 10.02.12 möcüzəm”.

7Times.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında yazıb. Qızı Diləyin ad günü olduğunu vurğulayan aparıcı hislərini izləyiciləri ilə bölüşüb:
“Dünən gecə balamı təbrik etdim, amma yaşanan hadisələrdən dolayı paylaşım etməyə belə utandım, çıxılmaz vəziyyətdə qaldım. Dostlarım sağ olsun ki, bu dəfə də startı onlar verdi. Sən də balanın tək ümidi, tək güvən yerisən, o da sənin birdənəndir dedilər… Onun hər özəl günü instaqram albomunun arxivində olsun gərək. Özümlə qürur duyuram ki, sizi qazanmışam, həmişə mənim olun”.