Dünya

Almaniya zəlzələdən zərər çəkən Türkiyə və Suriya vətəndaşlarına müvəqqəti viza təklif edir

Almaniya zəlzələdən zərər çəkən Türkiyə və Suriya vətəndaşlarına müvəqqəti viza təklif edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş şəxslərin ölkədə yaşayan qohumlarının yanında müvəqqəti qalmasına icazə veriləcəyini açıqlayıb.

7Times.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Faeser “Bild” qəzetinə açıqlamasında bildirib.

“Almaniyadakı türk və ya suriyalı ailələrə bürokratiya olmadan yaxın qohumlarını təbii fəlakət bölgəsindən evlərinə gətirmələrinə icazə vermək istəyirik”,- o qeyd edib.

O, bunun tez bir zamanda veriləcək və üç ay ərzində etibarlı qalacaq müntəzəm vizalarla ediləcəyini deyib..