Pyotr Poroşenko prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putindən Donbası Ukraynadan almağı xahiş edib. Çünki Poroşenko Donbası Ukraynanın bir hissəsi kimi görmək istəmir.
7Times.az xəbər verir ki, bunu Ukraynanın keçmiş deputatı, vətənə xəyanət maddəsilə həbs olunan, daha sonra Rusiya ilə əsir dəyişməsində istifadə edilən Viktor Medvedçuk Belarus dövlət televiziyası CTV-nin efirində bildirib.
“Sizə deyə bilərəm ki, Poroşenko mənimlə söhbətində dəfələrlə deyib: “Putinə deyin, qoy Donbası götürsün. Həmin illərdə Putin rəsmi müsahibələrində Donbasın Ukrayna olduğunu daim vurğulayırdı. Poroşenko ondan (Donbasdan – red.) qurtulmağa çalışdı. Çünki o, başa düşürdü ki, ona Donbas lazım deyil”, – siyasətçi iddia edib.Axar.az
Follow @7timesaz