Dünya

Zəlzələni fürsət bilən şəxs özünü həkim kimi təqdim etdi: Məqsədi heyrətə gətirdi

Zəlzələni fürsət bilən şəxs özünü həkim kimi təqdim etdi: Məqsədi heyrətə gətirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra yaranmış gərgin vəziyyətdən bəzi insanlar istifadə etməyə çalışır.

7Times.az  xəbər verir ki, Əlbistan rayonunda xəstəxanaya gələn şəxs özünü həkim kimi təqdim edib. Əlbistandakı xəstəxanaya təyinat aldığını iddia edən 30 yaşlı şəxs, Miran adlı həkim olduğunu irəli sürüb. Lakin xəstəxananın həkimləri onun davranışlarından şübhələniblər. Onlar saxta həkimə bəzi tibbi tapşırıqlar veriblər. Saxta həkimin tapşırıqlardan yayındığını görən səlahiyyətli şəxslər bu barədə polisə məlumat veriblər. Şübhəli saxlanılıb.

İddia edilir ki, saxta həkim xəstəxanaya uşaq ya da insan orqanı oğurlamaq üçün gəlibmiş.Metbuat.az