Dünya

Müharibənin ildönümündə böyük hadisələr baş verəcək – Kuleba

Müharibənin ildönümündə böyük hadisələr baş verəcək – Kulebabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin başlamasının birinci ildönümündə böyük hadisələr gözlənilir”.

7Times.az  “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

O bildirib: “Çox mühüm siyasi siqnallar. sanksiyalar, silahlarla bağlı qərarlar, birlik simvolları olacaq və bu, bütün səviyyələrdə baş verəcək.

İcazə verin, belə deyim, Rusiya Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün 1 illiyini dünyanın necə qeyd edəcəyini xatırlayacaq”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün fevralın 24-də Nyu-Yorka getməyi planlaşdırır.

G7 ölkələri fevralın 24-də məhdudiyyətlərdən yayınaraq Rusiyaya kömək etdiyinə görə Çin, İran və Şimali Koreya şirkətlərinə sanksiya tətbiq edə bilər.