İsrailin tanınmış yəhudi din xadimlərindən biri olan ravvin Şmuel Eliyahu Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələ ilə bağlı “İlahi ədalət” şərhini verib.
7Times.az haberler.com-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel”ə məlumat yayıb.
Şmuel Eliyahu məqaləsində Tanrının yəhudilərin torpaqlarında gözü olan xalqları cəzalandırdığını qeyd edib. Həmçinin, zəlzələdə həyatını itirənləri “Tövrat”ın Çıxış bölməsinə istinad edərək Musanın başçılıq etdiyi yəhudilərin arxasınca düşdüyü üçün Qırmızı dənizdə boğulan firon ordusu ilə müqayisə edib:
“Tanrı torpaqlarımızı dəfələrlə işğal edərək bizi dənizə tökmək istəyən bütün xalqları cəzalandırır. İsrailoğulları onları öldürmək və kölə kimi saxlamaq istədiklərini bildikləri üçün misirlilərin dənizdə boğulmalarını mahnılar oxuyaraq qeyd etdilər. Çünki onlar bunun ilahi ədalət olduğunu bilirdilər”
Ravvin Şmuel Eliyahu İsrailin ifrat sağçı və irqçi Yəhudi Gücü (Otzma Yahudit) partiyasından olan Yerusəlim və Vəd edilmiş Torpaqlar naziri Amihai Eliyahunun atasıdır. O həmçinin eyni partiyadan olan milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə yaxınlığı ilə tanınır.
Follow @7timesaz