“İrəliləyiş yoxdur, bizim hissələr üçün vəziyyət olduqca ağırdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Donbasdakı separatçılıq hərəkatının banilərindən biri, sabiq FTX polkovniki İqor Strelkov (Qirkin) Uqledar şəhəri ətrafında davam edən döyüşləri şərh edərkən deyib.
Strelkov bildirib ki, Uqledara hücuma keçən rus ordu birləşmələri ağır zərbələr alaraq, geri çəkilb və bu zaman çox əlverişsiz mövqelərdə yerləşməli olub: “Onların yerləşdiyi mövqelər çox əlverişsizdir. Lakin geri çəkilmək qadağandır. İrəli getmək isə mümkün deyil”.
Onun bildirdiyinə görə, rus qoşunlarından fərqli olaraq, Ukrayna Silahlı qüvvələri çox əlverişli mövqedədirlər və uzaqdan artilleriya atəşi ilə hücum etməyə çalışan birləşmələri məhv etməkdə davam edirlər.
Qirkin sonda Uqledar ətrafındakı durumu rus qoşunları üçün “ət maşını” adlandırıb.
Follow @7timesaz