Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Bu barədə “7Times.az “a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub.
Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
“Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməmələrini tövsiyə edirik”, – DİN-dən bildirilib.
Follow @7timesaz