“Rusiyalı oliqarxın Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərdə birbaşa əli var…”
“2021-ci ildə Deribaska “Forbes” jurnalının reytinqində 3, 8 milyard dollar sərvətilə 37-ci yerdə olub, hazırda rusiyalı milyardçıların reytinqində 1, 7 milyard dollar sərvətilə 50-ci yerdədir…”
“Dəmir pərdə” çəkilib, ölkəni ən azı üç il ərzində çox dərin böhran gözləyəcək…”
Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin qərarı ilə Putinə yaxın olan rusiyalı oliqarx Oleq Deripaskanın aktivləri dövlətin mülkiyyətinə keçirilib.
7Times.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri yazıb.
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğunun məlumatlarına görə, söhbət 350 istehsal obyektlərindən gedir. Milliləşdirilən aktivlərin dəyəri 10 milyard qriven və ya təxminən 270 milyon dollar təşkil edir.
Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, Deripaska Rusiyanın hərbi-siyasi rəhbərliyinin yaxın ətrafına daxildir. Xüsusi xidmət orqanının versiyasına görə, biznesmen Ukraynanın müxtəlif regionlarında nəzarətində olan qurumlar vasitəsilə müəssisələrə rəhbərlik edib.
“Beləliklə, rusiyalı oliqarx Ukrayna aktivlərinə öz münasibətini gizlətməyə cəhd edib, – UTX məlumat verib. – Buna baxmayaraq, bizim əməkdaşlar bu sxemi ifşa edib və əmlakın 100 faizini Ukraynanın gəlirlərinə yönəldib”.
Ukraynanın Baş Prokuroru Andrey Kostin əlavə edib ki, rusiyalı oliqarxın Rusiyanın törətdiyi hərbi cinayətlərdə-dinc vətəndaşların qətli və Ukrayna şəhərlərinin dağıdılmasında birbaşa əli var, çünki onun holdinqi Rusiyanın müdafiə sənayesi kompleksini xammalla təmin edənlərin sırasındadır.
“Bu xammaldan, o cümlədən Ukrayna mənşəli xammaldan bu gün ukranalıları qətlə yetirən silahlar hazırlanıb”, – Baş Prokuror deyib.
Yanvarın əvvəlində Ukrayna Ədliyyə Nazirliyi ölkənin Ali Antikorrupsiya Məhkəməsində Deripaskanın aktivlərinin dövlətin xeyrinə müsadirə edilməsi barəsində iddia ilə çıxış edib. Nazirlik ona istinad edib ki, Ukrayna hakimiyyəiti Deripaskaya qarşı sanksiyalar tətbiq edib.
İdarə bəyan edib ki, iddia üçün əsasların axtarışı prosesində bəlli olub ki, Deripaskanın təsis etdiyi “Yu-si Rusal” alüminium istehsalçısı Rusiyanın müdafiə kompleksi müəssisələrinə metal təqdim edir. Alüminium məmulatlarının bəzi hissələri, Ukrayna Ədliyyə Nazirliyinin məlumatına görə, Ukrayna ərazisində, o cümlədən Nikolayev giltorpaq zavodunda çıxarılan xammaldan hazırlanır.
Nazirliyin məlumatında o cümlədən deyilib ki, Deripaska Ukraynada bir-birilə bağlı bir neçə şirkətlər qrupu vasitəsilə “xeyli aktivlərə”, habelə daşınmaz əmlak və başqa əmlaka malikdir. Şirkətlər arasında idarə Nikolayev giltorpaq zavodunu, Zaporojye alüminium istehsal kombinatını və bir sıra başqa təşkilatları xatırladıb.
“Bu oliqarxın dünyada yeri dəqiq müəyyən edilib: Ukrayna, ABŞ və Avropa İlttifaqı ona qarşı sanksiyalar tətbiq edib, – Baş Prokuror deyib. – Bu gün, nəhayət, növbəti addım atılıb-cinayətkar altivlər dövlətin xeyrinə müasadirə edilib”.
2021-ci ildə Oleq Deribaska “Forbes” jurnalının reytinqində 3, 8 milyard dollar sərvəti ilə 37-ci yerdə olub. Hazırda biznesmen rusiyalı milyardçıların reytinqində 50-ci yerdədir. Onun sərvəti 1, 7 milyard dollar civarında dəyərləndirilir.
Məlum olduğu kimi, bir il öncə, fevralın 27-də Oleq Deribaska Telegram-kanalında yazıb: “Sülh çox vacibdir! Tezliklə danışıqlara başlamaq lazımdır!”. 2022-ci ilin matında o, Rusiya rəhbərliyinə Ukraynada döyüş əməliyyatlarının dayandırlmasına çağırış edib. Oliqarx proqnoz verib ki, Rusiya Ukaynada müharibə səbəbindən ən azı üç il ərzində çox ciddi iqtisadi böhranla üzləşəcək.
“Mən bunu başqalarından daha yaxşı anlayıram, – o zaman Deripaska bəyan edib. – İnsanlar sizə deyəndə ki, “dəmir pərdə” çəkiləcək, yoxsa yox, artıq “dəmir pərdə” çəkilib. Ölkəni ən azı üç il ərzində çox sərt böhran, 1998-ci il böhranından üç dəfə dərin bohran gözləyəcək”.
Moderator.az
Follow @7timesaz