Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
7Times.az Astar TV-yə istinadən xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.
Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.
Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.
Hadisə ilə bağlı Əfsanə Şadatovanın qonşusu və Zaur Babayevin atasının fikirlərini təqdim edirik:
Follow @7timesaz