Ölkə

Qax sakini ona hücum edən canavarı boğaraq öldürüb

Qax sakini ona hücum edən canavarı boğaraq öldürübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında Qax rayonunun Ləkit kəndində canavar kənd sakinləri, 74 yaşlı Qəhrəman Rəhimov və 60 yaşlı Hacı Hacıyevə hücum edərək onlara xəsarət yetirib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, canavarın hücumu zamanı xəsarət alan Hacı Hacıyev canavarı boğaraq öldürə bilib.

Xəsarət alan hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.