“Digər xanım müğənnilərdən fərqli olaraq cəlbedici, seksual görünməyə çalışmıram. Sadəcə rahatlıq tərəfdarıyam və indiki imicimlə rahatam. 30-40 yaşımdan sonra dəyişib-dəyişməyəcəyimi də indidən deyə bilmərəm”.
Bu sözləri News24.az-a açıqlamasında müğənni Hiss deyib. O, populyarlaşmağının səbəbini belə açıqlayıb:
“Digər gənc müğənnilərdən fərqli olaraq parlamağım rahat oldu, bunu şans da adlandırmaq olar. Əlbəttə ki, özüməməxsus xarakterim, istedadım, görünüşüm, enerjim uğur qazanmağıma təsir etdi. Amma ən əsası, şanslı müğənniyəm”.
İncəsənətin digər sahələrinə də marağım olduğunu vurğulayan gənc müğənni onu da əlavə edib ki, çox gözəl rəsm çəkmək qabiliyyəti də var:
“Həmçinin, dizaynerlik sahəsində çox gözəl istedadım, bacarığım var. Düşünürəm ki, bəlkə də müğənni olmasaydım, çox yaxşı modelyer olardım”.
“Mahnılarınız qısa zamanda hittə çevrilir. Mahnı seçimini kiminlə edirsiniz” sualına isə belə cavablandırıb:
“Kimdənsə məsləhət almıram. Bütün qərarlarımı özüm verirəm. Yeni mahnım da ərsəyə gələndə ilk yanımda kimlər varsa, onlara dinlədirəm,” -deyə o, qeyd edib.
Hiss şəxsi həyatında yaşananları mahnılarına təsir etmədiyini vurğulayıb:
“Bəzi müğənnilər deyir ki, guya sevəndə daha gözəl ifa edirlər. Bu, boş-boş danışıqlardır. Şəxsən məndə belə düşüncə olmayıb. Daxilən çox hissiyyatlıyam, ona görə də heç nə yaşamasam da, o hissləri mahnılarımda, səsimdə verə bilirəm”.
Follow @7timesaz