Dünya

CHP seçkilərlə bağlı Kılıçdaroğluna tam səlahiyyət verdi

CHP seçkilərlə bağlı Kılıçdaroğluna tam səlahiyyət verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) məclis qrupu partiya sədri Kamal Kılıçdaroğluna prezident seçkiləri ilə bağlı qərarlar vermək üçün tam səlahiyyət verib.

7Times.az  TRT-yə istinadən xəbər verir ki, partiyanın sədr müavini Özgür Özəl qərarın yekdilliklə qəbul edildiyini bildirib.

Kılıçdaroğlu artıq seçkilərlə bağlı tam səlahiyyətə malik olacaq, görüşlər keçirəcək və qərar qəbul edəcək.

Partiya Məclisində seçki və namizədlik məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri iyunun 18-də keçirilməlidir. Zəlzələdən əvvəl hakim partiya seçkilərin mayın 14-də keçirilməsini təklif etmişdi.