“Hazırda Moskva Ukrayna üzrə danışıqların aparılması və vəziyyətin “dinc istiqamətdə” hərəkəti üçün ilkin şərtlər görmür”.
7Times.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı davam edir və Rusiya öz məqsədlərinə çatmağa doğru gedir.
Daha əvvəl mətbuat konfransında Peskov Qərbin Rusiyaya qarşı məhdudiyyətlərinin davam edəcəyi ilə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, Qərb təmsilçiləri sanksiya tətbiq etmək üçün obyekt seçməkdə çatışmazlıqlar yaşayırlar, çünki onların seçimi məntiqsizdir.
Follow @7timesaz