Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.
7Times.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə videomüraciət edib. Bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:
“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.(Unikal)