Dünya

“Münaqişə Rusiyanın təşəbbüsü ilə həll olunacaq…” – Zaxarova Qərbi ittiham etdi

“Münaqişə Rusiyanın təşəbbüsü ilə həll olunacaq…” – Zaxarova Qərbi ittiham etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümid edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya ilə birgə hazırlanmış sülh təşəbbüsləri həyata keçiriləcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu regionda tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidlər var” – deyə, o, vurğulayıb.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etmək cəhdlərini kobudluq adlandırıb. Onun sözlərinə görə, bu siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə həyata keçirilir.

“Təəssüf ki, biz burada uzun illərdir ki, bu tendensiyanı müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar”, – diplomat əlavə edib.

O xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur. Eyni zamanda qeyd edib ki, kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.

“Heç kim deyə bilməyəcək ki, haradasa kollektiv Qərb düşüncəsi olan yerdə daha yaxşı olub”, – Zaxarova bildirib.