Aşıq Namiq Fərhadoğlu hərbi forma geyinib şəkil çəkdirdiyi üçün tənqid atəşinə tutulub.
7times.az xəbər verir ki, bir çox məşhur kimi aşıq Namiq də əsgərlərimizə dəstək olmaq üçün formada şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb.
Bunu görən izləyicilər aşığa sərt reaksiya göstərib.
Daha sonra vəkil Zülfiyyə Bayramova Namiq Fərhadoğlunun şəklini paylaşıb. Vəkil qeyd edib ki, hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyinməsi qadağandır:
“Maddə 21. Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər habelə ehtiyata,yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçulara malikdir”.
Follow @7timesaz